Rusiyada GÜCLÜ ZƏLZƏLƏ olub

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatkada yerləşən Geofizika Xidməti məlumat yayıb.

“Zəlzələnin episentri Severo-Kurilskdən 128 km aralıda olub”, - Xidmətin məlumatında qeyd olunur.

Yeraltı təkanların ocağının 59 kilometr dərinlikdə yerləşdiyi bildirilib. (Oxu.az)

08.03.2023 13:40
1334