Rusiyanın Kamçatka regionunda 6,9 bal gücündə zəlzələ baş verib.
Musavat.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında və Elizovski bələdiyyəsində binalara baxış keçirirlər.
Musavat.com