Rusiyada güclü zəlzələ baş verdi

Rusiyanın Kamçatka diyarında 6,1 maqnitudada zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələnin ocağı təxminən 40 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, Avaça körfəzində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.//Report

22.08.2024 07:19
715