Rusiyada general həbs olundu

Rusiyada daha bir general həbs edilib.

Musavat.com TASS- a istinadən xəbər verir ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi rüşvət almaqda şübhəli bilinən Leninqrad Hərbi Dairəsi (LenVO) komandirinin müavini, general-mayor Valeri Mumincanovu həbs edib.

“Mömincanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin ediləcək”, - hakim Andrey Tolkaçenko bildirib.

 

Şahanə Rəhimli
Musavat.com

03.09.2024 23:12
837