Rusiyada dörd dəfə 5,7 maqnitudalı zəlzələ olub

Kuril adalarının şimal qrupu yaxınlığında (Saxalin bölgəsi) bir anda 5,7 maqnitudalı dörd zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

"Birinin maqnitudası 4,5, qalanının maqnitudası 5,0-5,7 olub. Ən güclü episentri Severo-Kurilsk şəhərindən 206 km cənub-şərqdə yerləşib", - deyə bildirib.

17.08.2023 03:03
620