Rusiyada doğum səviyyəsini artırmaq üçün qadınların məsafədən işlədilməsi təklif edilib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu təkliflə “Rusiya veteranları” hərəkatı çıxış edib.
Təşkilatın fəalları artıq Dövlət Dumasına, Federasiya Şurasına və Prezident Administrasiyasına müraciət göndəriblər.
Təşəbbüs müəlliflərinin fikrincə, milyonlarla qadın uzaqdan uğurla həyata keçirilə bilən peşələrdə - mühasiblər, marketoloqlar, İT mütəxəssisləriişləyə bilərlər. Fəallar uzaqdan işləyən qadınların ana olmaq ehtimalının daha çox olduğunu təsdiqləyən bəzi elmi araşdırmalara diqqət çəkirlər, halbuki işəgötürənlər ümumiyyətlə kiçik uşağı olmayan işçilərə üstünlük verirlər.
“Bu gün Rusiya üçün demoqrafik vəziyyəti gücləndirməyə kömək edəcək şərait yaratmaq vacibdir və bu, təkcə dövlət dəstəyindən deyil, həm də işə yanaşmada çeviklikdən söhbət gedir. Milyonlarla qadın həyat keyfiyyətini və karyera perspektivlərini itirmədən iş və uşaq böyütməyi birləşdirə biləcək”, - hərəkatın sədri İldar Rezyapov deyir.
Musavat.com