Rusiyada dizel yenidən bahalaşdı

Rusiyada dizel yanacağının qiyməti yenidən bahalaşıb. 

Musavat.com xəbər verir ki, Rusiyada dizel yanacağının orta pərakəndə satış qiyməti həftə ərzində 2% artaraq litr üçün 63,96 rubl təşkil edib.

Qeyd edək ki, bir həftə əvvəl də dizel yanacağı bahalaşaraq 62,64 rubla olmuşdu.

Bundan əlavə, Aİ-92 benzini 51,41 rubla, Aİ-95 56,24 rubla, Aİ-98 litri 67,89 rubla qədər bahalaşıb. 

 

Musavat.com

20.09.2023 23:24
1094