Rusiyada dəhşətli olay: Çamadanın içində uşaq meyiti aşkar edilib

Rusiya İstintaq Komitəsi Permdə içərisində uşaq meyiti olan çamadanın tapılması ilə bağlı cinayət işi açıb.

Cinayət işində qeyd olunub ki, çamadanda qoyulan yeniyetmənin meyiti zibillikdən bomj tərəfindən aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, azyaşlının səkkiz yaşı olub, onun boynunda boğma və kəsik izləri aşkar edilib.

Üstəlik, uşağın imkanlı və çoxuşaqlı ailədən olduğu bildirilir.

Müstəntiqlər hələlik potensial şübhəlini müəyyən etməyiblər. Hadisənin başvermə şəraiti aydınlaşdırılır./oxu.az

12.07.2024 20:40
725