Məhbuslar Rusiyanın Volqoqrad vilayətindəki 19 nömrəli koloniyanı ələ keçiriblər. Hücum edənlər özlərini İŞİD üzvləri adlandırırlar.
Musavat.com "SHOT Telegram" telegram kanalına istinadən xəbər verir ki, üsyan zamanı məhbuslar koloniyanın 5 əməkdaşını girov götürüblər.
Məlumata görə, cəzaçəkmə müəssisəsində azı 3 nəfər öldürülüb.
Zərərçəkmiş əməkdaşlar arasında koloniyanın rəisi Andrey Devyatov da var. Hazırda o, reanimasiyadadır.
Həbsxanaya gedən yol polislər tərəfindən bağlanıb.
Yayılan son məlumatlara görə, Volqoqrad vilayətindəki Cəzaçəkmə Müəssisəsini ələ keçirənlər Tacikistan və Özbəkistan vətəndaşlarıdır.
İŞİD üzvləri 2 milyon dollar və helikopter tələb ediblər.
Musavat.com