Rusiyada da zəlzələ oldu: 5,9 bal

Rusiyada 5,9 maqnitudada zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Dağıstanda - Dərbənddən 100 km məsafədə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı yoxdur.

04.07.2023 02:26
1448