Rusiyada buzlu yolda qorxunc qəza: Onlarla maşın xəndəyə düşdü - VİDEO

Kamçatkada (Rusiya) yolun buzlanması səbəbindən onlarla avtomobil yoldan çıxaraq xəndəyə düşüb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Kadrlarda avtomobillərdən bir maşının aşdığı, bir neçə maşının isə əzildiyi görünür.

Hadisə şahidləri bildiriblər ki, magistral yolda böyük tıxac yaranıb.

Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.//Oxu.az

12.10.2023 03:16
1243