Rusiyada bu jurnalistlərə cinayət işi açıldı- Kurska daxil olublar...

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Avstraliyanın ABC telekanalının müxbirləri Fletçer Yanq və Ketrin Diessə, həmçinin rumıniyalı jurnalist Mirça Parbuya qarşı sərhədi qanunsuz keçmə ilə bağlı cinayət işi açıb.

Musavat.com xarici KİV-ə istinadən bildirir ki, onların hamısı Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Kursk vilayətinə daxil olublar.

Avqustun 17-dən indiyədək analoji cinayətlərə görə 12 əcnəbi jurnalistə qarşı cinayət işi açılıb.

27.09.2024 12:52
363