Rusiyada britaniyalı diplomatlara qarşı casusluq İDDİASI

Böyük Britaniya casusluq üçün diplomatlarının arvadlarından və azyaşlı uşaqlarından istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə “Vesti” Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadla məlumat yayıb.

Bildirilir ki, Rusiya xüsusi xidmət orqanları Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının fəaliyyətlərində kəşfiyyat və təxribat işlərinin əlamətlərini aşkar etdikdən sonra onların akkreditasiyasını ləğv edilib.

FTX-nin məlumatına görə, Rusiya istiqamətində və MDB ölkələrində təxribat fəaliyyəti Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğu tərəfindən həyata keçirilir. İdarə Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra xüsusi xidmətə çevrilib və Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışır.

FTX-nin iddiasına görə, Ukraynada müharibə başlayandan sonra MI6 Britaniyanın Moskvadakı səfirliyini agentlərlə doldurub. Onların arasında Ceyms Bir, Martin Harris, Mark Daymond, Kristofer Coys, Cessika Deyvport və Patel Bleyk adlı adamlar var.

“Kəşfiyyatçılar ölkəmizin mədəniyyətinə tamamilə qərq olmağa çalışıblar - bəziləri Moskvada evlənib, bəziləri isə övladlarına rus adları qoyublar”, nəşr yazır.

Britaniyalı diplomatlar rusiyalı müxalifət fəalları və jurnalistlərlə görüşüblər. Qeyd olunur ki, müharibə başlayandan sonra London Britaniya səfirliyinin əməkdaşlarının Moskvadan qovulmaması üçün rus diplomatlarını ölkədən çıxarmağı dayandırıb.

Musavat.com

 

13.09.2024 16:19
262