​Rusiyada böyük bazar yanıb - VİDEO

Rusiyanın Rostov-na-Donu liman şəhərində Temernik bazarında güclü yanğın baş verib. 

Musavat.com xəbər verirki, qısa zamanda yanğının sahəsi 4 min kvadratmetrə çatıb. İlkin məlumata görə, yanğın ticarət köşklərindən birində başlayıb, sonra digərlərinə keçib. Hazırda ölən və yaralanan yoxdur.

Yanan malları yanğından çıxarmaq istəyən satıcıların içəri girməsinə mane olan polis əməkdaşları bazarın yaxınlığındakı ərazini hasara alıblar. 

 

Musavat.com 

 

 

01.12.2023 03:10
1717