Rusiyada bloqer Çekalinlərə qarşı cinayət işi açılıb

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bloqerlər Valeriya (Lerçek) və Artyom Çekalinlərə qarşı saxta sənədlərdən istifadə etməklə valyuta köçürmələri ilə bağlı cinayət işi açıb.

Musavat.com xəbər verir ju, bu barədə RİA Novosi-yə mənbə məlumat verib.

Qeyd olunur ki, söhbət marafonların Dubayda bank vasitəsilə ödənilməsindən gedir. Hazırda bloqerlərin yaşadığı ünvanlarda axtarış aparılır.

Bu yaz Valeriya Çekalina vergi yoxlamasından sonra çətin həyatından şikayətlənib, deyib ki, ailəsi dağılmağa başlayıb və uşaqlar birdən-birı özlərini yoxsul hiss edirlər.

Qeyd edək ki, Valeriya və Artyom Çekalin vergi polisinin xüsusi diqqətinə düşən bloqerlər seriyasından birincisi olub. Onların borclarının məbləği cərimələr də daxil olmaqla 500 milyon rublu keçib.

Musavat.com

02.10.2024 11:11
264