Rusiyada bir sahədə 1 milyon işçi çatışmır – Şok rəqəmlər açıqlandı  

Rusiyanın nəqliyyat və logistika sənayesində kadr çatışmazlığı 2030-cu ilə qədər 1,5 milyon nəfərə çata bilər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı TASS Agentliyi “Artur Consulting” şirkətinin araşdırma nəticələrinə əsasən yayıb. Hesabata görə, hazırda bu sahədə kadr çatışmazlığı işçilərin 20 faizinə qədərdir. Bu, 1 milyon nəfər deməkdir.

Hesabatda qeyd edilir ki, 2030-cu ilə qədər nəqliyyat və logistika sənayesində kadr çatışmazlığı 50 faiz artacaq və ən azı 1,5 milyon nəfər təşkil edəcək: “Son illərdə Rusiyanın nəqliyyat və logistika kompleksində kadr çatışmazlığı yüksək səviyyəyə çatıb, sənayenin iqtisadi inkişafına mənfi təsir göstərir. 2024-cü il üçün məlumatlara görə, Rusiya logistikasında 6 milyona qədər insan məşğul olur, bu da ümumi məşğul əhalinin təxminən 8 faizini təşkil edir. Sahədə kard çatışmazlığı işçilərin 20 faizə qədərini təşkil edir, yəni kadr çatışmazlığını aradan qaldırmaq üçün ən azı 1 milyon insan lazımdır”.

Nümunə olaraq, ekspertlər E kateqoriyalı avtomobillər üçün vakansiyaların sayını göstərirlər - bu, 2024-cü ilin əvvəlindən 32 faiz artıb və 8 mindən çoxdur. Sənayenin rəqəmsallaşması tendensiyası, İT üzrə rəqabət də göz qabağındadır -mütəxəssislərə ehtiyac kifayət qədər yüksəkdir, məsələn, son bir ildə logistika üzrə İT mütəxəssisləri üçün vakansiyaların sayı 188 faiz artıb”.

Nəticədə kadr çatışmazlığı əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Məsələn, sürücülərin, maşinistlərin və digər mütəxəssislərin çatışmazlığı avtomobil parkında boşdayanmalara səbəb olur. Bundan əlavə, şirkətlər kadrların işə götürülməsi və təlimi üçün xərcləri artırmağa məcburdurlar - ekspertlərin fikrincə, 2024-cü ildə xərclər 20-30 faiz arta bilər.

 

Musavat.com

29.08.2024 13:01
1234