Rusiyada binanın uçması nəticəsində ölənlərin sayı artıb

Rusiyada binanın uçması nəticəsində ölənlərin sayı artıb.

Xilasedicilər Nijni Tagildə qismən dağılmış yaşayış binasının dağıntıları altından daha iki nəfərin cəsədini çıxarıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.

Bununla da ölənlərin sayı 10-a çatıb.

"İşlər başlayandan yeddisi uşaq olmaqla 15 nəfər dağıntılar altından çıxarılıb", - nazirlikdən bildirilib.

03.08.2024 01:06
758