Rusiyanın dövlət statistika orqanı olan “Rosstat” ölkədə benzin istehsalı ilə bağlı statistik məlumatların dərcini dayandıracaq.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar ölkənin Energetika Nazirliyinin səlahiyyətli orqanları tərəfindən qəbul edilib.
Qərarın izahında qeyd olunur ki, onun qəbulu mövcud geosiyasi vəziyyəti nəzərə alaraq mümkün olan bazar manipulyasiyasının qarşısını almaq zərurəti ilə bağlıdır.
Nazirlik qeyd edib ki, “benzin istehsalı ilə bağlı statistikanın bağlanması daxili istehlakçılara tədarükün etibarlılığını gücləndirməyə və ölkənin enerji təhlükəsizliyini artırmağa kömək edəcək”.
Dəqiqləşdirilir ki, dizel yanacağı, eləcə də neft məhsullarının qiymətləri ilə bağlı məlumatlar əvvəlki qaydada veriləcək.
Xatırladaq ki, Ukraynadakı müharibəyə görə sanksiyalar altında olan Rusiya artıq 2 ildir neft istehsalı və ixracına dair statistikanı gizli saxlayır. Həmçinin ölkənin idxal-ixracının strukturuna dair məlumatlar da açıqlanmır.
Musavat.com