Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bənd dağılıb.
Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib. Bildirilib ki, şəhər sakinləri daşqın zonasında yerləşən evlərdən təxliyə edilir.
Təxminən 10 min nəfərə yaxın adamın yaşadığı 4 minə yaxın fərdi yaşayış binası daşqın zonasına düşə bilər. Xilasedicilər bəndin möhkəmləndirilməsi üzərində işləyirlər. Profilaktik məqsədlər üçün qapı-qapı gəzintiləri həyata keçirilir və sakinlər mümkün daşqın zonasından müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyə edilir.
Yanğınsöndürənlər daşqın zonasından yaşlı və əlil vətəndaşları təxliyə edirlər.
Musavat.com