Rusiyada başqa kişilərlə saunadan çıxıb hotelə girir - Tolik OD PÜSKÜRDÜ

"Bir şeyi başa düşə bilmirəm ki, bu ölkədə məgər ziyalılarımız, ailə ekspertlərimiz, pedaqoqlarımız yoxdur ki, müğənni gəlir ekspert olur?! Bu qədər təhsilli, dünyagörüşlü insanlar var, onlar qalır bir yanda, müğənnilər ekspert olurlar".

Bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Tarixin bir günü" proqramında deyib.

O, müğənnilərin və aktrisaların ekspert kimi efirlərə dəvət olunmasını qınayıb:

"Evdə qazan yuya bilməyən, döşəməni silməyi bacarmayan müğənni çıxır efirdə xalqa məsləhət verir, ailə dəyərlərindən danışır. Ərindən xəbəri yoxdur ha. Əri Bakıda aldığı maşını ilə gəzir, özü Rusiyada, o kişi ilə, bu kişi ilə, saunadan çıxır hotelə gedir. Bakıya gələn kimi olur ailə eksperti. Namus qeyrət ağacıdır, əkəcəyəm birini. Nə baş verir? Bu qədər alim ekspert, müəllim var, bu qədər kitab oxuyublar qalıblar qıraqda, müğənnilər, aktrisalar ekspert olub?" (Axşam.az)

10.04.2024 13:53
3689