Rusiyada baş verən zəlzələnin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ

Rusiyanın Kamçatka vilayətində 6,9 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, güclü silkələnmədən sonra sakinlər küçələrə atılıb.

Heç bir binanın dağılmadığı, lakin bir çox binada dərin çatların əmələ gəldiyi müəyyən edilib. 

Rusiya Elmlər Akademiyasının Geofizika Bölməsinin verdiyi açıqlamada 06.06 CET-də qeydə alınan zəlzələnin dərinliyinin 99.5 olduğu bildirilib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin maqnitudasının 6,6 olduğunu açıqlayıb.

Musavat.com

 

 

03.04.2023 20:38
1886