Rusiyada baş verən avtomobil qəzasında 6 nəfər ölüb

Rusiyanın Çelyabinsk vilayətində baş verən avtomobil qəzasında 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətin məlumat yayıb.

Hadisə nəticəsində ölənlər arasında uşaqlar da var.

Çelyabinsk vilayətinin Yujnoralsk-Maqnitoqorsk avtomobil yolunda iki "VAZ-2114" markalı avtomobilin iştirakı ilə qəza baş verib, nəticədə hər iki sürücü və üç uşaq da daxil olmaqla ümumilikdə altı nəfər ölüb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

12.06.2023 18:22
361