Rusiyada barıt zavodunda partlayış olub, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Tambov şəhərində barıt zavodunun binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, ölən və yaralananların sayının artacağı ehtimal olunur.

Eləcə də hadisənin səbəbi və şəraiti araşdırılır.

20.06.2023 18:28
389