Rusiyada barıt zavodu PARTLADI: Ölənlər və yaralananlar var - VİDEO

Rusiyanın Ryazan vilayətində yerləşən “Elastik” barıt zavodunda güclü partlayış qeydə alınıb.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfər həlak olub, azı 20 nəfər yaralanıb.

Telegram kanallarının yazdığına görə, yaralılardan beşinin vəziyyəti ağırdır.

“Baza” telegram kanalının məlumatına görə, ölənlərin sayı 5 nəfərə çatıb və dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.

Mənbələr partlayışın təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyini iddia edirlər.

Musavat.com

15.08.2025 14:17
629