Rusiyada azərbaycanlılara məxsus restoran yandı - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinin Krasnodarskaya küçəsində yerləşən "Aşkım" restoran və ziyafət zalında güclü yanğın olub.

Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Restoranın damı qismən uçub. Hadisə zamanı orada olan ümumilikdə 12 nəfər (işçilər və qonaqlar) oradan özləri çıxmağa nail olublar.

Təcili yardım xidmətləri hadisə yerindədir. Restoranın azərbaycanlılara məxsus olduğu bildirilir. 

@@TVmusavat/86301@@

20.05.2024 22:43
1308