Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Ali Yerlikaya Moskvada avtomobili partlatmaqda şübhəli bilinən şəxsin Bodrumda yaxalandığını bildirib.
Nazir yaxalanan şəxsin kimliyini də açıqlayıb.
“Bu gün İnterpolun Rusiya bölməsindən İnterpolun Türkiyə bölməsinə müraciət olunub. Bildirilib ki, Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxs Moskvada terror aktı törədərək, avtomobili partladıb. Partlayış nəticəsində iki nəfər yaralanıb. Rusiya tərəfi bildirib ki, avtomobilə partlayıcı qurğu yerləşdirən şəxs Moskva-Bodrum təyyarəsi ilə bizim ölkəmizə gəlib. Həmin şəxs polis tərəfindən Bodrumda tutulub”, - deyə Ali Yerlikaya bildirib.
Hadisənin görüntülərini təqdim edirik.
Musavat.com
@@TVmusavat/91450@@