Rusiyada atəşfəşanlıq çoxmərtəbəli binada yanğınla nəticələnib – VİDEO

Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.

“Ölçüsü 4x1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib”, - Nazirlikdən vurğulanıb.

30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.

Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.

02.01.2023 02:35
302