Rusiyanın Kızıl şəhərində anbarda güclü yanğın baş verib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, yanğın 2,8 min kvadrat metr ərazini əhatə edir.
Yanğının söndürülməsi üçün 25 şəxsi heyət və 9 texnika cəlb olunub. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbi isə hələ ki açıqlanmayıb.