Rusiyada adam öldürən şəxs Bakıda saxlanıldı

Rusiyada adam öldürməkdə ittiham olunan şəxs Bakıda tutulub.

"Qafqazinfo"nun məlumatına görə, həmin ölkənin Cinayət Məcəlləsinin 105-ci (qəsdən adamöldürmə) maddəsi ilə axtarışda olan 54 yaşlı Cavad Süleymanov Bakı şəhərində polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, aidiyyəti üzrə təhvil verilib.

09.07.2024 15:47
807