Rusiyada 12 min nəfərlik arenada daha bir güclü yanğın başlayıb - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində çoxfunksiyalı buz arenasında yanğın başlayıb. Sosial şəbəkələrdə yayılan kadrlarda 12 min nəfərlik obyektdən qatı tüstü qalxdığı görünür.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunublar.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd edək ki, arenada cari ilin avqust ayının 17-də də yanğın olmuşdu.

18.10.2023 14:12
750