Rusiya Zelenskinin doğulduğu şəhəri VURDU

Rusiya ordusu bu gün Ukraynanın Krivoy Roq şəhərini vurub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı otel, hündürmərtəbəli binalar, dörd təhsil müəssisəsi, avtomobillər, aptek və mağazalara ziyan dəyib.

Məlumata görə, 5 nəfər, o cümlədən 10 yaşlı qız xəsarət alıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski 25 yanvar 1978 ci ildə Krivoy Roq şəhərində anadan olub.

Musavat.com

04.09.2024 11:33
1045