Rusiya XİN: “Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”

“Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub: “Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

06.07.2023 18:14
366