Rusiya XİN-dən Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsinə MÜNASİBƏT

Moskvadakı səfirin dəyişdirilməsi məsələsi Ermənistanın səlahiyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.

“Hər hansı bir ölkəyə səfirin namizədliyini müəyyən etmək göndərən dövlətin səlahiyyətindədir. Belə olan halda söhbət Ermənistan rəhbərliyinin Rusiya Federasiyasındakı səfirini dəyişmək niyyətindən gedir”, - deyə o qeyd edib.

Qaluzinin sözlərinə görə, Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır.

Musavat.com

05.07.2024 14:22
646