Moskva “Rusiyanın milli maraqlarını ciddi şəkildə müdafiə edərək” ABŞ-ın yeni administrasiyası ilə işləyəcək.
Musavat.com bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. Bununla yanaşı, bəyan edilir ki, Rusiyada yaxşı tanınan Tramp və Konqresin yeni tərkibi ilə bağlı Moskvanın heç bir illüziyası yoxdur. Bildirilir ki, Birləşmiş Ştatlarda hakim siyasi elita anti-Rusiya mövqeyindən çıxış edir.
Rəsmi Moskva bildirib ki, ABŞ seçkiləri Amerika cəmiyyətində dərin parçalanma göstərdi.
Musavat.com