Rusiya XİN: Azərbaycan ərazisində nümayəndəliklərin açılması üzərində iş aparılır

Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi hazırda siyasi müstəvidə işlənir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov deyib. Klimova Qarabağda yeni baş konsulluğun nə vaxt açılacağı barədə sual ünvanlanıb.

“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca, konsulluq idarəsi onlarla bağlı əməli addımların həyata keçirilməsinə başlanacaq”, - deyə Klimov bildirib.

Musavat.com

02.10.2024 14:51
584