Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson şəhərində Ostrov qəsəbəsinin müxtəlif hissələrini birləşdirən körpüyə aviazərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Hadisə nəticəsində körpüdə ciddi dağıntılar yaranıb. Körpü şəhərin əsas nəqliyyat arteriyalarından biri olduğundan, bu zərbə bölgədə hərəkətə və logistika təminatına mənfi təsir göstərir.
Musavat.com