Rusiya Xarkov şəhərini vurub, 16 nəfər xəsarət alıb

Rusiya Ukraynanın Xarkov şəhərinə raket hücumu hıyata keçirib.

APA xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov özünün "Telegram" kanalında məlumat verib.

Hadisədə 16 nəfər yaralanıb, iki nəfərin vəziyyəti ağırdır.

Yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, ruslar S-300 kompleksindən 3 raketlə Xarkov şəhərinin mərkəzini vurublar.

17.01.2024 03:22
554