Rusiya Xankəndidə niyə KONSULLUQ AÇIR? – Sensasion planın DETALLARI – Elxan Şahinoğlu CANLIda

Xəbər verildiyi kimi, Kreml hansı səbəbdənsə rəsmi Bakıya Azərbaycan Respublikasının yenicə işğaldan azad edilmiş Xankəndi şəhərində baş konsulluq açmaq niyyətini çatdırıb. Maraqlıdır, Xankəndində heç bir vətəndaşının yaşamadığı halda Rusiyaya bu şəhərimizdə konsulluq hansı məntiqlə gərək ola bilər?..

Xatırladaq ki, bundan öncə qardaş Türkiyənin də Xankəndində konsulluq aça bilməsi haqda qeyri-rəsmi məlumatlar yayılmışdı. O da məlumdur ki, elə 2020-ci ilin 44 günlük savaşından, Şuşanın azad da edilməsindən az sonra Türkiyənin Şuşada baş konsulluq açacağı haqda xəbərlər yayılmışdı. 2022-ci ilin oktyabrında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında birbaşa belə demişdi: “Biz də Şuşada Baş Konsulluq açırıq...” Təəssüf ki, Şuşanın azad edilməsindən artıq 4 ilə yaxın vaxt keçsə də bu məsələ hələ də həllini tapmayıb...

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişindəı ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

28.05.2024 11:29
1777