İran və Rusiya aralarında əldə olunan razılaşma ilə artıq ticarətdə ABŞ dollarının istifadə olunmayacağını açıqlayıb.
BAKU.WS İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma Rusiyada iki ölkənin mərkəzi banklarının prezidentləri arasında keçirilən görüşdə imzalanıb.
Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.