Rusiya və Ermənistan arasındakı silah tədarükü barədə AÇIQLAMA

“Rusiya şirkətləri ilə silah sektorunda mübahisəli məsələlərin əksəriyyəti həll olunub, lakin bir sıra məsələlər həllini tapmayıb”.

Musavat.com-un məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bu barədə “Azadlıq” radiosunun yazılı sorğusunu cavablandırıb.

Ancaq söhbətin 400 milyon dollar çərçivəsində həyata keçirilən tədarüklərdən getdiyini dəqiqləşdirməyib.

Erməni mediası xatırladır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti “almaq üçün Rusiyaya milyonlarla dollar köçürsə də”, heç bir silah almadıqlarından ən yüksək səviyyədə şikayət etməyə başladılar. Bir ay əvvəl Rusiya səfiri İrəvanla Moskva arasında hərbi-texniki əməkdaşlıq sahəsində imzalanmış bütün sazişlərin vaxtında tamamlandığını bəyan edib. Hökumət deputatları yalnız bu yaxınlarda Rusiyanın artıq silahları tədarüklər etdiyini bildirib.

Musavat.com

22.01.2024 16:35
1080