"Rusiya və Çinin Alyaska sahillərindəki təlimləri ABŞ üçün təhlükə deyil" - Ağ Ev

ABŞ Rusiya və Çin dəniz qüvvələrinin Alyaska sahillərində keçirdiyi təlimləri öz təhlükəsizliyinə təhdid hesab etmir.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“ABŞ hərbçiləri Sakit okeanın şimalında Rusiya-Çin dəniz patrullarını fəal şəkildə izləyir. Bu təlimlər beynəlxalq sularda davam edir. Və onlar təhlükə hesab edilmir. Bu, ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsidir", - Amerika prezidentinin rəsmi nümayəndəsi deyib.

O, ABŞ prezidenti Co Baydenin Vaşinqtondan Arizonaya uçan təyyarəsində jurnalistlərə danışıb, ancaq Rusiya və Çinin hərbi manevrləri ilə bağlı əlavə şərh verməyib.

Musavat.com

 

08.08.2023 11:06
363