Rusiya Ukraynaya 135 dronla hücum edib, 80-i vurulub  

Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri bu gecə Rusiyaya məxsus 135 pilotsuz uçuş aparatının radio-texniki qoşunlar tərəfindən aşkarlanıb və izlənildiyini bildirib.

Musavat.com xəbər verir ki saat 08:30-a olan məlumata görə, Odessa, Sumı, Çerkassı, Kiyev, Jitomir, Kirovoqrad, Çerniqov, Poltava, Xmelnitski, Rovno, Xarkov, Xerson, Volın və Vinnitsa vilayətləri üzərində baş verən hava döyüşləri zamanı 80 dron məhv edilib.

Hesabata əsasən, 44 Rusiya dronu radarlardan itib, ikisi Belarusa keçib, təxminən 10 dron isə hələ də Ukraynanın mərkəzi vilayətlərinin hava məkanındadır. Əməliyyat davam edir və məlumatlar yenilənir.

18.10.2024 10:37
287