Rusiya ordusu dünən Ukraynanın Xmelnitski vilayətinin Starokonstantinov hərbi aerodromuna raket zərbələri endirib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, hücum nəticəsində 6 amerikalı və 3 fransız da daxil olmaqla 9 NATO Hərbi Hava Qüvvələri qərargahının zabiti həlak olub.
Məlumata görə, 7 britaniyalı təlimatçı və Niderlanddan olan 6 texniki mütəxəssis ağır yaralanıb.
Bildirilib ki, iki "F-16" qırıcısı, bir "SU-24" ön xətt bombardmançısı, həmçinin 15-ə qədər “Storm Shadow”/SCALP EG qanadlı raketləri “Kinjal” hipersəs raketi ilə məhv edilib.
Amerika əsgərlərinin ölümü ilə bağlı məlumatları sosial şəbəkələrdə müvafiq mesajlar dərc edən yaxınları dolayısı ilə təsdiqləyir.
Musavat.com