Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibə verib.
Putin Karlsonun Polşa və Latviyaya hücumla bağlı sualını cavablandırıb.
O bəyan edib ki, Moskvanın Rusiyanın regiondakı digər NATO ölkələrinə (Polşa və Latviya) və ya ümumilikdə Avropa qitəsinə müdaxiləsindən söhbət gedə bilməz.
Putin ABŞ-ın Ukraynaya silah dəstəyinə görə ABŞ prezidenti Co Baydenlə danışacaq heç bir şeyinin olmadığını bildirib.
O qeyd edib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezidentin seçilməsinin elitaların Rusiyaya qarşı rəftarını dəyişməyəcək.
Rusiya lideri qlobal güc balansının dəyişməsi ilə əlaqədar beynəlxalq hüququn dəyişməsinin zəruriliyinə də toxunub. (Publika.az)