Rusiya-Ukrayna müharibəsi sıravi azərbaycanlıların gözü ilə! Heytətamiz şərh və proqnozlar!

 

Rusiya - Ukrayna müharibəsi hər iki tərəf üçün böyük itkilərə səbəb olsa da, hələ kimin qalib, kimin məğlub durumda olduğunu dəqiq demək çətindir. Rusiyanın gözləntilərinin müharibənin ilk günlərində özünü doğrultmaması, ciddi mübarizə ilə qarşılaşması, bütün dünyadan gələn təzyiq, sanksiyalar, son vaxtlar Ukraynanın müasir hücum silahları ilə təmin edilməsi artıq Putinin məğlub durumda olduğunu demək üçün əsas verir.

Digər tərəfdən, Ukrayna ərazilərinin bir hissəsi hazırda Rusiyanın nəzarətindədir, həmin ərazilərdə minlərlə mülki şəxs öldürülüb, şəhərlər dağıdılıb. Kiyevin gözləntilərinin əksinə olaraq NATO-ya üzvlük məsələsi də həllini tapmadı. Böyük güclər Ukrayna səmasını Rusiya təyyarələrinə bağlamaqdan imtina etdi. Qüvvələr tükənməkdə ikən hazırda iki dövlət böyük seçim qarşısında qalıb: Ya sülh imzalanacaq, ya da Rusiya daha böyük hücum planı həyata keçirib son nöqtəni qoymağa çalışacaq.

ABŞ müharibənin davam etməsinin, Türkiyə isə sülhlə nəticələnməsinin tərəfdarıdır. Hazırda bu iki dövlət ciddi cəhdlə çalışır. Bəs görəsən, qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan iki slavyan dövlətini İstanbulda barışdırmağa nail olacaqmı? Putin və Zelenski barışığa gələcəkmi?

Bu suallarla  paytaxt sakinləri arasında sorğu keçirdik.

 

Musavat.com həmin sorğunu təqdim edir:

 

Alim Liftiyev
Rafet Şahbazov
Musavat.com

01.04.2022 19:33
2181