Rusiya daha bir quru yük gəmisinin Qara dəniz sahillərində hərəkətini qadağan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti iyulun 26-da Türkiyədən Rostova taxıl ardınca gedən BMO RIVER adlı gəmidə partlayıcı maddələr olan dinitrotolyol və trotil izləri tapdığını elan edib.
Musavat.com xəbər verir ki, FTX-nin açıqlamasında gəminin əvvəllər "Taxıl sazişi" çərçivəsində Ukraynadan taxıl daşıdığı qeyd olunur:iyun-iyulda gəmi iki dəfə Odessa vilayətindəki Reni limanına daxil olub. Bu fakta əsaslanan Rusiya xüsusi xidməti gəminin Ukrayna tərəfindən terrorçuluq məqsədilə istifadə olunduğunu iddia edir. Bu iddiaya əsaslanılaraq gəminin Krım körpüsünün altından keçərək Rusiyanın ərazi sularında üzməsi qadağan edilib.
Qeyd edək ki, Rusiya Qara dənizlə mülki gəmilərin hərəkətini tamamilə məhdudlaşdırmaq, Ukraynanın Qara dəniz limanlarını mühasirəyə almağa çalışır. Bir neçə gün əvvəl də eyni iddia ilə başqa bir gəminin hərəkətinə qadağa qoyulub.
Musavat.com