Rusiyanın “Luna-25” avtomatik stansiyasının buraxılışı iyulun ortalarına planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dövlət Kosmik Fəaliyyət Korporasiyası (Roskosmos) məlumat yayıb.
Bildirilib ki, cari ildə astronomik “pəncərə” nəzərə alınmaqla “Luna-25” kosmik gəmisinin buraxılışı iyulun 13-nə nəzərdə tutulur.
Qeyd edək ki, "Luna-25" Yerin təbii peykindəki ilk rus aparatı olmalıdır.