Rusiya sülhməramlılarının nümayəndəsi Apresyana bunları dedi...

Qondarma Əsgəran administrasiyasının rəhbəri Hamlet Apresyan hazırda azərbaycanlıların yanında olan Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrindən biri ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə fotojurnalist David Kaqramanyan məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlılarının nümayəndəsi Apresyanı əmin edib ki, o, heç bir halda azərbaycanlıların irəliləməsinə imkan verməyəcək.

David Kaqramanyan sonda bunları qeyd edib: "Biz burada qalırıq. Hazırda çadırlar qururuq".

 

Musavat.com

 

29.08.2023 23:04
1335