Rusiya sülhməramlıları yenə Qarabağda qanunsuz hərbi daşımalara şərait yaratdı - VİDEOFAKT

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.

Musavat.com Ordu.az-a istinadən xəbər verir ki, onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.

Qeyd edək ki, bundan əvvəl də analoji hallar yaşanıb.

@@TVmusavat/65327@@

18.07.2023 15:35
992