Rusiya sülhməramlıları ermənilərin qanunsuz hərbi daşımalarını müşayiət edirlər - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələri erməni separatçılara yardım edirlər.

Musavat.com xəbər verir ki, ordu.az-ın yayımladığı videoda sülhməramlıların ermənilərin qanunsuz hərbi daşımalarını müşayiət etməsi əks olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də Rusiya sülhməramlılarının erməni separatçılara köməklik göstərməsi barədə müntəzəm olaraq məlumatlar paylaşır.

Həmin görüntüləri təqdim edirik:

 

13.06.2023 16:55
629